• TAIVANDA DÜNYA ÇEMPIONATI

    2 avqust 2015-ci il tarixində Taivanın Taiçunq şəhərində keçirilmiş Dünya Çempionatından

    Ətraflı burada
  • YAPONIYANIN 44-CÜ AÇIQ ÇEMPIONATI

    4 Avqust 2013-cü il tarixində Beynəlxalq Renşinkan Karate-do təşkilatınnın keçirdiyi yarışdan

    Ətraflı burada
  • BEYNƏLXALQ ŞORINCI-RYU RENŞINKAN KARATE-DO FEDERASIYASI


    Ətraflı burada

Azərbaycan Renşinkan Karatedo ictimai birliyi Beynəlxalq Renşinkan Karate-Do Federasiyasının Azərbaycan Respublikasında rəsmi nümayəndəsidir.

Renşinkan Karate-Do – Yaponiyanın Kagoşima prefekturasında əsası qoyulmuş, dünyanın bir çox ölkəsində populyarlıq qazanmış, kökünü Şorinciryu stilindən əxs etmiş şərq döyüş sənətidir.
Şorinciryu Renşinkan Karate-Do öz qədim və müdrik fəlsəfəsinə malik harmonik şərq əlbəyaxa döyüş və həmçinində gözəl idman növüdür. Renşinkan Karatedo ilə müxtəlif yaşdan başlayaraq bütün ömür boyu məşğul olmaq olar. Renşinkan Karate-Do nəinki insanda güc, sürət, cəldlik, dözümlülük, elastiklik kimi fiziki keyfiyyətlərinin, həmçinin onda iradə, inam, məqsədyönlülük, əməksevərlik, etika, lazımi məqamda gücünü səfərbər etmə bacarığı, özünü ələ almaq, cəsarətlilik, nizam-intizam, çətinliklərə qarşı tədbirlilik kimi mənəvi-iradi keyfiyyətlərində yüksəlişinə səbəb olur. Mənəvi-iradi keyfiyyətlər şəxsiyyətin formalaşmasında və idmançıların idmanda, təhsildə, biznesdə, karyerada uğurluluğunu yaradır. Renşinkan Karate-Do idmançıları hərtərəfli inkişaf etdirir. Mühüm məsələlərdən biridə odur ki, bizim docoda hər kəs özü üçün nəisə tapır: uşaqlar üçün bu inkişaf və vətənpərvərlik ruhunda tərbiyə, kimisi üçün sağlamlıq, kimisi üçün professional idman, kimisi üçün özünümüdafiədir.
Renşinkan Karate-Do məşq və yarış zamanı insan bədəninin travmalardan qorunmasına xüsusi önəm verir. Beləki, Renşinkan Karate-Do kontakt zərbələrin mühafizəedici avadanlıqların vasitəsilə travmaya minimal risklə işlədilməsinə şərait yaradır və bununlada dinamiklik əldə edilir. Mühafizəedici avadanlıqlar ilə məşq edərkən idmançı çox hallarda travma riski olmadan əl və ayaq zərbələrini tam kontaktla keçirmək imkanına malik olur.
Renşinkan Karate-Do klubunda karatedo-nun texnikası, kata, kumite texnikası, mühafizəedici avadanlıqlarla real döyüş üslublu sparrinqləri və s. keçilir.
Azərbaycan Renşinkan Karate-Do təşkilatının əsas məqsədi şərq döyüş növləri aləmində müstəqil cərəyan kimi fəaliyyət göstərən  Şorinciryu Renşinkan Karate-Do vasitəsilə sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idmana cəlb edilməsi və onlarda vətənpərvərlik hisslərinin təbliğidir.