Beynəlxalq Şorinci-Ryu Renşinkan Karate-Do Federasiyası

Soke-Isamu Şorinci-Ryu Renşinkan Karatedo 1955-ci ildə Soke İsamu Tamotsu (10-cu dan) tərəfindən Yaponiyanın Kaqoşima şəhərində əsası qoyulmuşdur. İ.Tamotsu 1919-cu ildə Kaqoşima prefekturasının Naze şəhərində anadan olmuşdur. İlk karate təlimlərini o Okinavada almış və 17 yaşında Taivana köçmüşdür. Tamotsu usta Tadao Nakaharadan Kodokan Cudo və Roşi Şinin rəhbərliyi ilə Çin Şorinci Nampa (cənub) Kempo ilə eyni vaxtda məşğul olmuşdur. II Dünya müharibəsindən sonra o Okinavada əfsanəvi karateka Kyan Çotokunun tələbəsi Zenryo Şimabukurodan təlim almışdır. Bu döyüş növlərini houen-ryu-taijutsu, kensou-ryu-jujutsu, hakkou-ryu-jujutsu, bo, sai, jo və qədim Çin döyüş sənətləri ilə birləşdirərək İsamu Tamotsu Renşinkan Şorinci-ryu karate-donun əsasını qoymuşdur.
Tezliklə İsamu Tamotsunun karate instruktoru reputasiyası Yaponiyada məşhurlaşmış və o həmçinin bir çox başqa stillərin nümayəndələrinə təlim keçmişdir. İsamu Tamotsu Çin Təhsil Nazirliyi tərəfindən məşq təlimi və nümayişi üçün dəvət edilmiş ilk karate instruktoru olmuşdur.

Mükəmməl texnika və ruh yüksəkliyi ilə Renşinkan karate-do qısa zamanda Yaponiya və dünyanın bir sıra ölkələrində sürətlə inkişaf etmişdir. Renşinkanın Yaponiyada 1000-dən çox filial və 300 000-dən çox tələbələri vardır. Renşinkan Karate-Do həmçinin bir çox ölkələrdə (Çin Respublikası, ABŞ, Filippin, Hindistan, Puerto Riko, Dominikan, Finlyandiya, İsveçrə, Rusiya, Meksika, Braziliya, Panama, İran) geniş yayılmışdır.
Soke İsamu Tamotsu 2000-ci il 31 may tarixində vəfat edərkən, Yaponiyada onun 1000 docosu və 350000-dən çox tələbəsi var idi.

Onun varisi və baş instruktor Soke İvao Tamotsu (10 dan Hanşi) 1948-ci il 6 noyabrda anadan olmuşdur. Karate-do IMG_1746
Soke İvaoTamotsunun həyat yolu olmuşdur. Karate ilə 3 yaşından etibarən yalnız atasının rəhbərliyi ilə ailə stilinin sirlərinə yiyələnmişdir. Hazırda İsamu Tamotsu rəhbərlik etdiyi Beynəlxalq Şorinci-ryu Renşinkan Karate-do Federasiyasına üzv olmuş ölkələrə müntəzəm olaraq səyahət edib məşqlər keçir. Renşinkan nümayəndələrinin dünya üzrə 500 000-dən çox üzvü vardır.

Beynəlxalq Şorinci-Ryu Renşinkan Karate-Do Federasiyası Azərbaycanda

DSC_0604 (Custom) Beynəlxalq Şorinci-Ryu Renşinkan Karate-Do Federasiyasının Azərbaycanda rəsmi nümayəndəliyi Şorinciryu Kenkokan Karate-Do Koşiki Karate üzrə dünya çempionatlarının 3 qat mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, Qafqaz çempionatının qalibi, Azərbaycan Respublikasının idman ustası, beynəlxalq sertifikatlı 4-cü Dan qara kəmər sahibi Vüqar Məmmədovun Şorinciryu Renşinkan Karate-Do-nun Azərbaycanda inkişaf etdirilməsi təşəbbüsü ilə hüquqi şəxs statuslu təşkilat kimi yaradılmışdır.