Azərbaycan Renşinkan Karate-Do təşkilatının rəyasət heyətinin üzvləri Vüqar Məmmədov, Kamal Sadıqzadə və təşkilatın fəxri üzvü Anar Bayramov 15-17 iyun 2012-ci il tarixində Finlyandiyanın İmatra şəhərində, Beynəlxalq Renşinkan Karate-Do Federasiyasının Prezidenti 10-cu Dan Soke İvao Tamotsunun keçirdiyi seminarda iştirak etmişlər. Bu mötəbər təlim məşq toplantısının Azərbaycandada keçirilməsi üçün Soke İvao Tamotsu Azərbaycan Renşinkan Karate-Do təşkilatı tərəfindən dəvət almışdır.