2-3 noyabr tarixində Beynəlxalq Renşinkan Karate-Do təşkilatının rəhbəri Soke İvao Tamotsu İran İslam Respublikasında seminar keçirmişdir. Bu mötəbər tədbirdə şərq döyüş növlərinin müxtəlif məktəbləri iştirak etmişlər. Seminarda Soke İvao Tamotsu (10-cu Dan) tədbirə qatılan Azərbaycan Renşinkan Karate-Do təşkilatının yığma komandasının üzvü Məmmədtağı İsmayılovdan imtahan götürərək 1-ci Dan qara kəmər təltif etmişdir.