2 Avqust 2015-ci il tarixində Beynəlxalq Renşinkan Karate-Do Federasiyası 5 ildən bir keçirilən Beynəlxalq Renşinkan Karate-do Dostluq Yarışmasını Taivanın Taiçunq şəhərində möhtəşəm bir səviyyədə keçirmişdir. Bu mötəbər yarışda Azərbaycandan iki idmançı – Kamal Sadıqzadə, Nazim Mövsümzadə (ağır çəkidə kumite üzrə) və Beynəlxalq Renşinkan Karate-do Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vüqar Məmmədov (məşqçi-hakimlik üzrə) getmişlər. Yarışda iştirak edən 2 idmançımız, kontakt karate üzrə dünya çempionatlarının keçmiş mükafatçıları Kamal Sadıqzadə və Nazim Mövsümzadə yüksək texnika nümayiş etdirsələrdə, zədə və Renşinkan yarış növündə təcrübəsizlikdən yarımfinala çıxa bilməmişlər. Qeyd edək ki, kişilər arası kumite üzrə yarışmada digər ölkələrin idmançıları üzərində qələbə qazanan yalnız yapon idmançıları çempionatın mükafatçıları olmuşlar.