4 Avqust 2013-cü il tarixində Beynəlxalq Renşinkan Karate-do təşkilatı Yaponiyanın Kaqoşima şəhərində növbəti Ümum Yaponiya Çempionatını keçirmişdir. Bu Çempionatın fəxri qonaqlarından biri Azərbaycan Renşinkan Karate-Do təşkilatının rəhbəri Vüqar Məmmədov olmuşdur. Yarışın konfransında Vüqar Məmmədov Beynəlxalq Renşinkan Karate-Do təşkilatının rəhbəri 10-cu Dan Soke İvao Tamotsu tərəfindən 4-cü Danla təltif edilmişdir. Yarışdan sonrakı günlərdə Soke İvao Tamotsunun seminarları keçirilmiş və bu seminarlarda digər ölkələrin nümayəndələridə iştirak etmişlər.